Amerikanin ÜST-lə bağlı qərarı ölkəmizə təsir edibmi?

QİÇS-LƏ MÜBARİZƏ MƏRKƏZİ CAVABLAYIR
Cənubi Afrika QHT-ləri Trump-a yardımın dondurulmasının HİV xəstələrinin müalicəni qaçırmasına səbəb olacağı barədə xəbərdarlıq edir.
Təxminən 5,5 milyon Cənubi Afrikalı antiretrovirus müalicə alır və bu müalicə ABŞ-ın HİV proqramının maliyyələşdirilməsini dayandırdıqdan sonra dondurula bilər. Bu hal isə yalnız Afrika üçün deyil, bütövlükdə dünya üçün təhlükəlidir, deyə QHT hesabatlarında bildirilir.
Səhiyyə Departamentinin məlumatına görə, təşəbbüs Cənubi Afrikada HİV proqramlarına və qeyri-hökumət təşkilatlarına ildə 400 milyon dollar, təxminən 700 milyon manatdan çox töhfə verir ki, bu da ümumi maliyyənin təxminən 17 faizini təşkil edir.
Amerikanın ÜST-ə maliyyə yardımının dayandırılması bizim ölkəmizə təsir edibmi? Sualımızı QİÇS-lə Mübarizə Mərkəzi cavablayıb.
Azərbaycanda İİV-lə yaşayan insanların fasiləsiz və keyfiyyətli müalicəsinin təminatı məqsədilə istifadə olunan antiretroviral preparatlar 2016-cı ildən dövlət büdcəsi hesabına alınır. Həmçinin, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmi qeydiyyatında olan bütün İİV-lə yaşayan insanların müalicəsində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq, yeni və kombinə olunan sxemlərdən istifadə olunur. Hər bir pasient dərman preparatları ilə fasiləsiz, konfidensiallıq prinsipi qorunmaqla, ödənişsiz qaydada təmin olunur. Regionlarda yaşayan insanların müalicəsinin əlçatanlığı məqsədilə, regional laboratoriyalardan ARV preparatların davamlı təminatı həyata keçirilir. Qeyd edilən məsələ ilə bağlı, ölkəmizdə hər hansı problemin yaranması və yaxud mənfi təsirinin olması gözlənilmir, deyə Səhiyyə TV-yə QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda bildirilir.