Anidən insult yarana bilər:NƏ ETMƏLİ? – NEVROLOQDAN AÇIQLAMA

“Anidən görmə pozulması, baş gicəllənmə,nitqin çətinləşməsi, nitqin pəltəqləşməsi, hərəki funksiyalarda pozulma, yəni yuxarı və aşağı ətraflarda zəiflik, hissi pozulmalar meydana çıxırsa bu hal insult riskinin carçısı ola bilər”. 

Bu sözləri həkim-nevroloq Ülviyyə Səlimova Medical Media-ya açıqlamasında deyib. 

“Bu cür şəxslərə ən başlıca kömək tez bir zamanda stasionara çatdırmaqdır. Əgər  pasientdə olan beyin qan dövranı pozulmasının səbəi trombdursa, həmin şəxs neyrocərraha yönləndirilərək tez bir zamanda bu halın damardan xaric olunması ilə tez bir zamanda sağlamlığına qovuşa bilər”. 

Zeynəb Müzəffərli