Arıqlama iynələrindən istifadə edərkən diqqətli olun- MÜTƏXƏSSİS
Günümüzün ən aktual xəstəliklərindən biri də piylənmədir. İnsanlar bu vəziyyətdən xilas olmaq üçün hər üsula əl atırlar.
Həkim-endokironoloq Günel Axundova Medical Media-ya açıqlamasında bildirib ki, artıq çəkisi olan və piylənmə halı yaşayan şəxslərə arıqlama iynələrini tövsiyyə edirik.
“Bu iynələr təkcə arıqlamağa deyil,eyni zamanda qaraciyər piylənməsi, ürək-damar problemi olan xəstələrə yaxşı nəticələr verir. Amma təbii ki, bu iynələrdən istifadə hər kəsin üzərinə tətbiq edilmir. Müvafiq müayinələrdən sonra arıqlama iynələrinin həmin şəxsə uyğun olub,olmamaları ilə bağlı qərar veririk”.
Ən sağlam arıqlama üsullarından danışan həkim-endokrinoloqun sözlərinə görə pəhriz və idmanla məşğul olmaq piylərdən xilas olmağın ən effektiv yoludur.
“Əgər bunlar heç bir nəticə vermirsə, bu zaman biz məcbur olub dərman müalicəsinə başlayırıq”.