
Məqalə
İnsan gözü haqqında maraqlı faktlar
İnsan gözü haqqında maraqlı faktlar

-bir göz almasının diametri 2,5 sm, çəkisi isə təqribən 8 qramdır.
-gözlər beynə 1 saatda ən çox informasiya ötürən orqandır.
-insan gözü 1 saniyədə 50 əşyaya fokuslana bilir.
-insan gözü ömrü boyu təqribən 24 milyon təsvir görür.
-əgər barmaq izimizdə 40 unikal xüsusiyyət varsa, qüzehli qişamızda bu rəqəm 256-dır.
-insan gözünün buynuz qişası akulanınkına çox oxşardır.
-insan gözü işıq spektrində ancaq 3 rəngi görə bilir: qırmızı, göy, yaşıl. Qalan rənglər onların qarışığıdır.
-bir göz qırpması 100-150 millisaniyə vaxt alır. İnsan 1 saniyədə 5 dəfə gözünü qırpa bilir.
-1 kirpiyin ömrü təqribən 5 aydır.
-torlu qişanın sahəsi 12 kvadrat santimetrdir.
-hər gözümüzdə 107 milyon işığa həssas hüceyrə var.
Müəllif: Cərrah oftalmoloq Nüşabə Nuri
Paylaşın: