Məqalə

07.06.2020 23:15

Öz meditasiyanı seç

Öz meditasiyanı seç

426

“Meditasiya” latın dilində “dərin düşünmə” anlamına gələn bir termin olub, insanın iç hüzuru , sükunət, dəyişik şüur halları əldə etməsinə, öz varlığına qovuşmasına , zehninin dincliyinin təmin olunmasına və mənəvi axtarış metodları olaraq tamamlanır. Davamlı edilən meditasiyanın rahatladıcı təsiri vardır. Meditasiya fonunda ürək vurğuları tənzimlənər, nəfəs alıb-vermə rahat hala gələr, əzələ tonusunun gərginlyi azalar. Amerikalı neyrobioloq alim Riçard Davinson meditasiya ilə məşğul olan Tibetli rahiblər üzərində apardığı araşdırmalarında alın payının sol nahiyəsində elektroensefaloqrafik müayinədə nəzərəçarpan dəyişikliklərin olduğunun fərqinə varmışdır. Meditasiyanın aşağıdakı növləri vardır: 


Konsentrasiya toplanan meditasiya 


Konsentrasiya olaraq rahat şəkildə alınan, verilən nəfəs, hansısa xəyali rəsm, tək bir düşüncə (məsələn, nəğmələrlə təkrar edilən şer) ola bilir. Bu üsulla formalaşan düşüncənin neqativlər üzərində yox etmə kimi özəlliyi vardır. 


Transandantal meditasiya 


Meditasiyanın düşüncəni aşma növüdür. Səssiz bir durumda uzanaraq və ya arxaya söykənərək, gözləri yumaraq edilir. Burada önəmli hissə insan zehninin ətraf mühit ortamından maksimum uzaqlaşması və iç dünyasına nə qədər konsentrasiya olmasına dayanıqlıdır.Təxminən 20 dəqiqə içərisində zehninizin kontrolunu buraxmalı və onun sizi rahatladacaq hala gəlməsini təmin etməlisiniz. 3000 ildən çox yaşı olan Yoqa sənəti də böyük tarixi və faydalı təsiri olan, zehninizi araşdırmağa və doğru düşünməyə kömək edən meditasiya yöntəmlərindəndir. 


Aktiv meditasiya 


Yürüş, rəqs etmə, musiqi, çiçək toplama, çay seremoniyası (Sado), yazma və bəzi döyüş sənətləri də aktiv meditasiyaya aiddir.

Şərhinizi əlavə edin