Məqalə

07.06.2020 23:18

Qulağımızı necə qorumalıyıq?

Qulağımızı necə qorumalıyıq?

577

Qulaq ətrafdakı səsləri eşidib anlamaq üçün lazım olan duyğu orqanıdır. Qulağın insana ötürdüyü səs siqnalları sayəsində nitq qabiliyyəti formalaşır. Bu orqanın funksiyası pozulduqda karlıq əmələ gəlir. Anadangəlmə səbəblər istisna olmaqla sonradan qazanılan karlığın yaranmaması üçün qulaqları qorumaq lazımdır. 


Qulağı təmizləyərkən infeksiya riskinə diqqət etməliyik. 


“Qulaq kiri”ni pambıqlı çubuqla və ya sərt cismlə təmizləmək qulaq yolu infeksiyasına səbəb ola bilər. Yay aylarında uzun müddət suda qalmaq və xüsusən kirli hovuzlarda üzmək də qulaq iltihabına yol açan risk faktorları arasında yer almaqdadır. Orta qulaq iltihabı düzənli müalicə və həkim kontrolu tələb edir. 


Gurultulu ətraf mühit, yüksək tonla musiqi dinləmək, ani və şiddətli səslər qulaq sağlığına mənfi təsir göstərir, eşitmə orqanında geri dönüşü mümkün olmayan dəyişikliyə səbəb ola bilir. Xroniki xəstəliklər eşitmə pozğunluğuna səbəb ola bilər. Yüksək təzyiq, şəkərli diabet, normadan artıq xolesterin və digər xəstəliklər eşitmə sağlığına mənfi təsir edə bilər. 


Qulaq sağlığını qorumaq əlimizdədir 


Mütəxəssislər qulaq və eşitmə sağlığını qorumaq üçün 10 qızıl qayda tövsiyə edirlər: 


1. Qulaq kirinin təmizlənməsi üçün pambıqlı çubuq və buna bənzər şeylər istifadə etməyin.


2. Qulağı sərt travmalardan qorumağa çalışın. 


3. Uzun müddət dənizdə və hovuzda qalmaqdan çəkinin.


4. Xüsusən uşaqlarda eşitmə funksiyalarını yaxından izləyin.


5. Qulaq ağrısı zamanı vaxt itirmədən həkimə müraciət edin.


6. Gurultu və yüksək səslərdən qulağınızı qoruyun. 


7. Qulaqcıqla musiqi dinləyərkən səsi 80-90 desibeldən yüksəyə qaldırmayın və 2 saatdan çox istifadə etməyin. 


8. Xroniki xəstəlikləri olan şəxslər (yüksək təzyiq, şəkərli diabet və s.) eşitmə sağlığı testlərini etməyə laqeyd yanaşmasın. 


9. Özbaşına dərman qəbulu zamanı qulaq sağlığının risk altında olduğunu unutmayın. 


10. Ani meydana çıxan eşitmə pozğunluğu zamanı vaxt itirmədən mütəxəssisə müraciət edin.

Şərhinizi əlavə edin