Məqalə

21.07.2021

2021-Cİ İLDƏ QUŞ QRİPİNDƏN İLK ÖLÜM – 11 YAŞLI UŞAQ VƏFAT ETDİ

2021-Cİ İLDƏ QUŞ QRİPİNDƏN İLK ÖLÜM – 11 YAŞLI UŞAQ VƏFAT ETDİ

 

2021-ci ildə ilk dəfə bir nəfər quş qripindən ölüb: 11 yaşlı uşaq vəfat edib.

 

Bu barədə “Indian Express” qəzeti Ümumhindistan Tibb Elmləri İnstitutundakı mənbəyə istinadən məlumat yayıb. Uşaq ayın əvvəlində xəstəxanaya yerləşdirilib, iki həftədən çox xəstəxanada yatdıqdan sonra iyulun 20-də ölüb. Oğlanla təmasda olan klinikanın işçiləri təcrid olunub. Daha əvvəl insanın H5N6 serotipli quş qripi virusuna yoluxması halı Çinin cənub-qərbindəki Sıçuan əyalətində qeydə alınmışdı. Baçjun şəhərinin 55 yaşlı sakini yoluxmuşdu.

Şərhinizi əlavə edin