Məqalə

04.06.2021

ALLERGİYASI OLANLAR PEYVƏND VURDURMAYA BİLƏR -RƏSMİ

 

ALLERGİYASI OLANLAR VAKSİN VURDURMAYA BİLƏR -RƏSMİ

 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, vətəndaşın güclü allergik reaksiyası varsa, həmin vətəndaş koronavirus əleyhinə peyvənd olunmaya bilər.

 

Onun sözlərinə görə, bu qərarı yalnız müvafiq mütəxəssis verə bilər və həmin vətəndaş yaşadığı yer üzrə allerqoloqa müraciət etməlidir. Yalnız onun qərarı əsasında allergiyası olan şəxsin vaksinasiyasından imtina oluna bilər: “Lakin belə şəxslərin sayı çox azdır. Hətta allergiyası olan şəxslərin böyük hissəsi peyvənd olunub və elə bir fəsad baş verməyib” –deyə qurum rəsmisi bildirib.

Şərhinizi əlavə edin