Məqalə

15.08.2022 14:49

Anar Bayramov Qubada vətəndaşları qəbul edəcək

d

64

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyətinin sədri Anar Bayramov 18 avqust 2022-ci il tarixində Quba rayonunda vətəndaşları qəbul edəcək.

Qəbulda Quba rayonu sakinləri iştirak edə bilər.

 

Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 18 avqust tarixinədək 1923 Çağrı Mərkəzinə zəng edə, [email protected] elektron poçt ünvanına yaza, eləcə də DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

 

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Şərhinizi əlavə edin