Məqalə

21.07.2021

BEYİN BU 3 ŞEYİ XOŞLAMIR - NEYROCƏRRAH

BEYİN BU 3 ŞEYİ XOŞLAMIR - NEYROCƏRRAH

 

Rumıniyalı professor, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama verib.

 

Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. “Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir”- deyə həkim bildirib.  Vlad Siuera qeyd edib ki, beyin bu 3 şeyi - yağ, tütün və alkoqolu xoşlamır. Siqaret ürək damar kimi beyinə də mənfi təsir edir. Beynin aktiv saatlarının 10:00- 12:00 və 16:00-18:00 arası olduğunu deyən həkim bəzi məsləhətlər verib. “Duz da beyinə ziyandır. Ət beyinə lazım olmasa da, bütün bədənə lazımdır. Ona görə yağsız ət qəbul edin. Kakao, bal, şərbət, tünd şokolad – beynin həzzidir”- neyrocərrah belə deyib.

Şərhinizi əlavə edin