Məqalə

23.06.2021

BEYİNƏ ÇİP YERLƏŞDİRMƏKLƏ BAĞLI YENİ PLAN – PUTİN ƏMR HAZIRLAYIR

 

BEYİNƏ ÇİP YERLƏŞDİRMƏKLƏ BAĞLI YENİ PLAN – PUTİN ƏMR HAZIRLAYIR

 

Rusiyanın Elm və Təhsil Nazirliyi insanların beyninə çip yerləşdirilməsini də nəzərdə tutan proqram üzərində işləyir. Bu məxfi proqram haqda “Kommersant” qəzeti məlumat əldə edib.

Qəzetin yazdığına görə, “Beyin, sağlamlıq, intellekt, innovasiyalar 2021-2029 illərdə” adlı proqram çərçivəsində insanların beynində xarici qurğulardan verilənlərin ötürülməsi üçün çip yerləşdiriləcək. “Kommersant” bu layihə barədə Rusiya Elmlər Akademiyasının rəhbəri Aleksandr Sergeyevin prezident Vladimir Putinə məktubundan öyrənib. Layihə Rusiya Elmlər Akademiyası və Lomonosov adına Moskva Dövlət Universiteti tərəfindən hazırlanıb. Onun həyata keçirilməsinə 54 milyard rubl lazımdır, vəsaiti digər milli layihələrdən ayırmaq nəzərdə tutulur. Prezident Vladimir Putin proqramın işlənib hazırlanmasını baş nazir Mixail Mişustinə və administrasiyasının rəhbəri Anton Vaynoya tapşırıb. Elm və təhsil nazirliyindən deyiblər ki, layihə “ilkin mərhələdədir”. Layihəyə əsasən Rusiyada neyrointerfeyslər texnologiyasını inkişaf etdirmək nəzərdə tutulur, bu texnologiya xarici elektron qurğuları beyninin elektrik siqnalları vasitəsilə idarə etməyə imkan verəcək. Həmin elektrik siqnalları süni intellektin köməyi ilə idarəetmə komandalarına çevrilir.

 

 

Şərhinizi əlavə edin