Məqalə

21.06.2022 12:22

Bu gündən bu qaydalar ləğv edildi

f

32

Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı qərar verilib.

 

Bu gündən etibarən ictimai yerlərdə, o cümlədən küçələrdə, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi, həmçinin şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, eləcə də şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbləri ləğv edilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

Şərhinizi əlavə edin