Məqalə

30.06.2021

Covid peyvəndləri sonsuzluğa səbəb olurmu?

 

Sinovac şirkəti tərəfindən Çində və Türkiyədə hazırlanan CoronaVac  peyvəndinin tədarükü ilə bağlı yaranan problemlərdən sonra Pfizer / BioNTech peyvəndlərinin alınması daha da sürətləndi

Peyvəndlərlə bağlı insanları bir çox suallar maraqlandırır. İnsanları ən çox maraqlandıran sual başlıqlarını seçdik. Bu sualları Hacettepe Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Fundamental elm sahəsi müəllimi, Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin baş katibi Prof. Dr. Murat Akova ətraflı cavablandırdı

 

Akova “Bu mərhələdə peyvəndlənmə çox vacibdir. İndiyə qədər peyvəndin yetərli sayda olmaması ilə bağlı narahatlıq vardı. İndi isə vaksinlər olduğu halda insanlar peyvəndlənməyə tərəddüd edir. Bu, çox təhlükəli bir vəziyyətdir. Başqa sözlə, hazırda istifadə etdiyimiz vaksinlərlə hamını peyvənd etməkdən başqa bu pandemiyanın qarşısını almağın bir yolu yoxdur " – deyə, vurğuladı.

 

Murat Akova hələki peyvəndlənmənin əks təsirlərinin o qədər də təhlükəli olmadığını və sırası gələnlərin tərəddüd etmədən peyvəndlənməsinin məsləhətli olduğunu söyləyib.

 

 

Vaksinlər təhlükəsizdirmi?

 

Bu suala elm adamları tərəfindən verilən və bu günə qədər edilən etibarlı araşdırmaların cavabı müsbətdir. Çünki hazırda təsdiqlənmiş peyvəndlər Türkiyə daxil olmaqla dünyanın bir çox yerlərində təhlükəsizlik standartlarının tətbiq olunduğu müxtəlif mərhələlərdən keçərək əldə edilib.

Birinci mərhələdə laboratoriyada hüceyrələr və heyvanlar üzərində təhlükəsizlik testləri  aparıldıqdan sonra insanlar üzərində sınaqlara başlandı. Bu peyvəndlərin yüksək beynəlxalq standartlara uyğunluğu sübut edildikdən sonra geniş kütləyə istifadəsi üçün təsdiq edilmişdir.

 

Peyvəndlər nə qədər risklidir?

 

İstifadəsi təsdiqlənmiş Covid-19 peyvəndləri üçün dünyadakı elm adamları və ictimai səhiyyə qurumları tərəfindən edilən ümumi qiymətləndirmə, bu peyvəndlərin təhlükəsiz qiymətləndirilməsi onun əks təsirlərindən daha çox üstünlük təşkil edir.

Bununla birlikdə Akova, BioNTech kimi mRNA texnologiyası ilə inkişaf etdirilən vaksinlərin təsirsiz hala gətirilmiş vaksinlərlə müqayisədə daha çox antikor istehsal etdiyini və artıq antikor istehsalının digər problemlərə səbəb olub olmadığına dair bəzi narahatlıqların olduğunu söylədi.

Akova, bu günə qədər görülən yan təsirlərin çox nadir hallarda riskli vəziyyət yarada biləcəyini vurğuladı. 

 

Peyvəndlərin əks təsirləri hansılardır?

 

Türkiyədə bu günə qədər istifadə üçün təsdiqlənmiş üç vaksin var. Bu peyvəndlərin hər birinin fərqli istehsal texnologiyaları var.

Elmi araşdırmalara görə vaksindən sonrakı 28 gündə ən geniş yayılmış əlavə  təsir peyvənd olunmuş bölgənin ağrıması, qızarması, yerli şişkinliyin və ağırlığın olması ilə bağlı olmuşdur. Bundan başqa yorğunluq, baş ağrısı, əzələ ağrısı, soyuq tər, ürək bulanması və qızdırma digər kimi əlavə təsirlərdəndir. Lakin peyvənddən sonra heç bir əlavə təsir hiss etməyən insanlar da var.

 

Qısa müddətdə peyvəndlər necə inkişaf etdirildi?

 

Əslində Covid-19-a səbəb olan yeni koronavirus növü həyatımızda cəmi 1,5 ildir mövcud olsa da, ona qarşı hazırlanmış peyvəndlərdə istifadə olunan texnika və texnologiyalar uzun müddətdir fərqli xəstəliklər üçün istifadə edilmişdir.

Alimlər, Çinin 11 yanvar, 2020-ci il tarixində yeni Koronavirus virusunun tam genetik kodunu dərc etdikdən sonra Covid-19-a qarşı peyvənd hazırlamaq üçün bütün avadanlıqlara sahib olduqlarını və ilk prototipi bir neçə gün ərzində hazırladıqlarını söylədilər.

Bu mərhələdə, klinik mərhələ işləri sürətlə başladıldı. Bununla birlikdə, bu tədqiqatların yüksək təhlükəsizlik standartlarına uyğun olması zərurəti səbəbindən, ilk prototipin 2020-ci ilin yanvarında ortaya çıxmasına baxmayaraq təsdiqlənərək istifadəyə verilməsi təxminən bir il çəkdi.

Covid-19 peyvəndinin sürətli inkişafında uzun illərdir bu sahədə çalışan bir çox qurumun da mühüm rolu olmuşdur.

Məsələn, ilk təsdiqlənmiş Covid-19 peyvəndlərindən birini hazırlayan BioNTech, uzun illərdir xərçəng müalicəsində mRNA texnologiyasının istifadəsi ilə bağlı elmi işlər aparır. Şirkətin ortaqlarından biri Prof. Dr. Uğur Şahin, yanvar ayında Lancet dərgisinində oxuduğu bir məqalədə, qlobal bir pandemiyaya çevrilmək riskini gördükdən sonra Çində sürətlə yayılan koronavirusa qarşı bir peyvənd inkişaf etdirmək qərar verdiklərini söylədi.

Covid-19 peyvəndlərinin sürətli inkişafının arxasında duran digər bir amil də dünyanın bir çox inkişaf etmiş ölkəsinin və əczaçılıq şirkətlərinin bu araşdırmalara milyardlarla dollar ayırmasıdır.

 

Biontech peyvəndləri qalıcı ürək xəstəliyinə səbəb olurmu?

 

Prof. Dr. Akova, ABŞ-da gənclərdə mRNA peyvəndlərinin istifadəsi ilə perikardial iltihab və ürək əzələsi iltihabı hallarının ortaya çıxdığına diqqət çəkdi.

Akova, bu vəziyyətin 16-24 yaş qrupunda gözlənildiyindən daha çox aşkar edildiyini və əksər insanların tam sağaldığını diqqətə çatdırdı:

"Deməli, bu, daha çox gənclərdə görülən bir vəziyyətdir. Mənim təxminim budur ki, peyvənddən sonra gənclər yaşlı insanlara nisbətən daha çox antikor istehsal edirlər. Daha çox antikor istehsal etdikləri üçün bu ürək əzələsində belə bir vəziyyətə səbəb ola bilər.

 

Peyvənd sonsuzluğa səbəb olurmu?

 

Bu barədə heç bir elmi məlumat və ya tapıntı yoxdur.

 

Prof. Dr. Akova, BioNTech peyvəndi ilə əlaqədar sonsuzluq, xərçəng və hətta alzheimer arasında bir çox fərziyyələrin olduğuna diqqət çəkdi.

 

Akova, bütün bunların fərziyyə səviyyəsində olduğunu və bunları təsdiqləyən heç bir elmi tədqiqat və şübhə olmadığını vurğuladı.

 

Allergik reaksiyası olanlar BioNTech peyvəndi vurdura bilərmi?

 

Prof. Dr. Akova, fikrincə əgər müəyyən yüngül allergik reaksiylarınız varsa bu peyvənd vurdurmamağı tələb edən bir vəziyyət deyil.  Lakin Akova, allergik reaksiyadan narahat olan insanlara peyvəndi xəstəxana şəraitində tətbiq etmələrini tövsiyə etdi

 

" Peyvənd vurdurduqdan sonra 15 - 30 dəqiqə arasında bir müşahidə müddəti var. Ümumiyyətlə ciddi allergik hadisələr ilk yarım saat içində baş verir. Belə olan halda dərhal müdaxilə etmək mümkündür

 

Hamilə qalmaq istəyən və süd verən qadınlar peyvənd oluna bilərmi?

 

Əslində bununla əlaqədar heç bir elmi sübut yoxdur. Əksinə, indiyə qədər aparılan araşdırmalar Covid-19 peyvəndlərinin süd verən və ya hamilə qadınlarda ciddi bir narahatlığa səbəb olmadığını göstərir.

 

Prof. Dr. Akova, bu mövzuda qərarı şəxsin özü verməli olduğunu və məsələnin risk qiymətləndirilməsinə tabe olduğunu da bildirdi.

 

Şərhinizi əlavə edin