Məqalə

21.07.2021

“DELTA” VAKSİN OLUNMAYANLARIN PANDEMİYASIDIR - İŞÇİ QRUPUNUN ÜZVÜ

“DELTA” VAKSİN OLUNMAYANLARIN PANDEMİYASIDIR  - İŞÇİ QRUPUNUN ÜZVÜ

 

"Delta" ştamı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu səbəbdən də "delta" vaksin olunmayanların pandemiyasıdır”.

 

Bunu Türk Tibb Dərnəyinin Xalq Sağlamlığı şöbəsinin rəhbəri, Pandemiya üzrə İşçi Qrupunun üzvü Nəsir Nesanır deyib. Peyvənd olunmayanların daha çox ölümlə üz-üzə qalacaqlarını bildirən Nəsir Nesanır ABŞ-da və digər ölkələrdə ölümlərin 98 faizinin vaksin vurdurmayan insanlarda görüldüyünü qeyd edib. Ekspert vurğulayıb ki, "Delta" ştamına 50 yaşadək şəxslərdə və uşaqlarda 2,5 dəfə daha çox rast gəlinəcək. Mütəxəssisin sözlərinə görə, yaşlı qrup peyvənd olunduğu üçün gənc və peyvənd olunmayanların COVID-19-un hər hansı bir variantına yoluxma riski daha yüksək olacaq.

Şərhinizi əlavə edin