Məqalə

15.09.2021

DİQQƏT! Tibbi maskalar dəriyə ziyan vura bilər

"Müxtəlif viruslar, mikrob və bakteriyalar əllərlə toxunulan əşyalar vasitəsilə orqanizmə daxil olur. Ona görə də gün ərzində mütəmadi şəkildə spirt və gel kimi dezinfeksiyaedici məhlullardan istifadə edilir. Lakin onların da yan təsirləri var və həmin təsirlərin əsas hədəfi isə dəridir".

"Medical media" az xəbər verir ki, bunu AZƏRTAC -a həkim-dermatoloq Elnur Nəzərov deyib.

Həkim bildirib ki, xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər:

“Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar. Dəri xəstəliyi olanlar isə həkimlə məsləhətləşəndən sonra qoruyucu vasitələrdən istifadə edə bilərlər".

 

 

 

Şərhinizi əlavə edin