Məqalə

13.05.2022 10:50

"İcbari sığorta məsələlərində Türkiyənin təcrübəsi vacibdir" - Komitə sədri

d

20

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının Ankarada keçirilən 7-ci iclası öz işini səmərəli şəkildə başa vurdu. Gündəlikdə olan ən aktual məsələlər ətrafında müzakirələr apardıq. Düşünürəm ki, üzv ölkələr arasında komissiyasının fəaliyyət dairəsinə dair əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. 


Bu fikirləri AZƏRTAC-a açıqlamasında TÜRKPA Komissiyasının, eləcə də Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov tibbi sığorta, tibbi icbari sığorta məsələlərində Türkiyənin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. Səhiyyə komitəsinin sədri diqqətə çatdırıb ki, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının 8-ci iclası məhz Azərbaycanda keçiriləcək.

Akademik Əhliman Əmiraslanov ölkəmizin bu tədbirə də uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Şərhinizi əlavə edin