Məqalə

12.05.2022 10:45

Şimali Koreyada yoluxma: ilk dəfə qeydə alınıb

d

37

Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkar edilib.

 

Mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb. Nəticədə bir nəfərdə "omikron" ştamının altnövü aşkarlanıb.

 

Bununla bağlı Şimali Koreya hakim partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. Toplantıda KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

 

Pandemiya şəraitində KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər görüb, o cümlədən dövlət sərhədləri bağlanıb.

 

Pxenyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya koronavirus vaksinlərin tədarükündən imtina edib.

 

Şərhinizi əlavə edin