Məqalə

15.08.2022 10:52

Kliniki Doğum Evinə mama-ginekoloq təyin edildi - FOTO

d

59

Kliniki Tibbi Mərkəzi seçən gənc həkimlərin sayı günbəgün artır.

 

Həkim Könül Abuzərli Kliniki Tibbi Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin mama-ginekoloqu təyin edilib.

 

O, 4 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri 115 saylı orta məktəbdə təhsil alıb. 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib.

 

2010-2011-ci illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

 

2011-2022-ci illərdə Ağdaş rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində çalışıb.

 

2011-2013-cü illərdə Ankarada "Kadın Hastalıkları və Doğum" üzrə kurs keçib.

 

Bakıda keçirilən Ginekoloji, Qadın sağlamlığı və Reproduktiv Problemlər üzrə elmi konfranslarda iştirak edib.

Şərhinizi əlavə edin