Məqalə

20.07.2021

KORONAVİRUSDAN SONRA NOROVİRUS? – BRİTANİYA HƏKİMLƏRİ ŞOKDA

KORONAVİRUSDAN SONRA NOROVİRUS? – BRİTANİYA HƏKİMLƏRİ ŞOKDA

 

Böyük Britaniyanın İctimai Səhiyyə Xidməti yaxın vaxtda norovirusa yoluxmalarda qeyri-adi və qeyri-mövsümi artımın daha da sürətlənə biləcəyi haqda xəbərdarlıq edib.

 

İctimai Səhiyyə Xidməti bəyan edib ki, pandemiya dövründə norovirusa yoluxmalar minimal həddə ensə də, COVİD-lə əlaqəli məhdudiyyətlərin aradan qaldırılması start götürən kimi norovirus infeksiyasına yoluxanların sayı sürətlə artmağa başlayıb. İctimai Səhiyyə Xidməti hazırda norovirusun daha çox uşaqlar arasında, əsasən uşaq bağçalarında yayıldığını, nəticələrin proqnozlaşdırılandan çox olduğunu və yaxın zamanda yoluxmaların bütün yaş qruplarını əhatə edə biləcəyini açıqlayıb. Norovirus “qış öyüməsi” kimi də tanınır. Əsas simptomları qəfil ürəkbulanma, qusma və ishaldır. Yüksək hərarət və qarın boşluğunda ağrılar da ola bilər.

Şərhinizi əlavə edin