Məqalə

12.10.2021

Koronavirusun orqanizmə dəhşətli təsirləri olacaq - ALİMLƏR

Alimlər koronavirus pandemiyasının insanlara yeni fəsadları və təsiri barədə açıqlama verib.

 

“Med News” xəbər verir ki, "The Lancet" elmi dərgisində çap olunan məqalədə bütün dünyada depressiya və təşviş pozuntusu xəstəliklərinin əvvəlki ilə nisbətən 4 dəfə artdığı bildirilir.

 

Alimlər 5684 mənbəni araşdırıb, nəticələr göstərib ki, 48 elmi araşdırma depressiv pozulmalar, 27 mənbə isə təşviş pozuntularının artdığını sübut edib.

 

2019-cu ildə hələ pandemiya olmayan dövrdə kliniki depressiya xəstələrinin sayı 193 milyon nəfər idisə, indi bu rəqəm 246 milyona çatıb.

 

Alimlər hesab edir ki, bu problemlər ən çox qadınlarda aşkarlanıb.

Şərhinizi əlavə edin