Məqalə

14.01.2022

Maska taxmayanlar marşrut avtobuslarından düşürüldü

Sumqayıtda ictimai nəqliyyatda karantin qaydalarını pozan 39 nəfər cərimələnib.

 

DİN Mətbuat xidmətindən "Med News”a verilən məlumata görə, reyd zamanı ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

 

Peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı, həmçinin xidməti personalın maskadan düzgün istifadə etmədiyi aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Şərhinizi əlavə edin