Məqalə

25.11.2021

MHTM-nın Etik komissiyasına sədr seçilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) "Klinik tədqiqatlar və Biomənimsənilmə/Bioekvivalentlik tədqiqatlar Etik komissiyalarının Əsasnaməsi" və "TƏBİB-in tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutları, mərkəzlər və mərkəzi xəstəxanalarda Etik komissiyaların yaradılması haqqında" əmrinə əsasən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Etik komissiyasının tərkibinin təsdiq edilməsi ilə bağlı iclas keçirilib.

 

"Med News” xəbər verir ki, tədbirdə Mərkəzin icraçı direktoru Valeh Hüseynov, TƏBİB-in Elmi-tədqiqatlar və təhsil departamentinin Etik komissiyalarla iş şöbəsinin müdiri Vüsal Yusifov, həmin şöbənin mütəxəssisi Sevda Məmmədzadə və MHTM-nın Etik komissiyasının üzvləri iştirak ediblər.

 

İclasda Etik komissiyanın sədrinin təyin olunması məqsədilə səsvermə keçirilib.

 

Səsvermənin nəticələrinə əsasən genetika mütəxəssisi, Dr. Ağa Rza Ağayev MHTM-nın Etik komissiyasının sədri seçilib.

Şərhinizi əlavə edin