Məqalə

13.05.2022 10:54

Milli Məclisdə İsrailin Şeba Tibb Mərkəzinin həkimləri ilə görüş keçirilib

c

22

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İsrail Dövlətinin Şeba Tibb Mərkəzinin Qlobal şöbəsinin müdiri Yoel Har-Even və Mərkəzin həkimi Boris Orkin ilə görüşüb.

 

Komitə sədri qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. O, Şeba Tibb Mərkəzinin dünyada tanınan və tibb sahəsində böyük nailiyyətlər əldə edən qurum olduğunu deyib, bu mərkəzlə əməkdaşlığı müsbət dəyərləndirib.

 

Musa Quliyev Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.

Şərhinizi əlavə edin