Məqalə

09.06.2021

MİLLİ MƏCLİSİN ÜZVLƏRİ FAHRETTİN KOCAYLA GÖRÜŞDÜ – TİBB SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏDƏ

MİLLİ MƏCLİSİN ÜZVLƏRİ  FAHRETTİN KOCAYLA GÖRÜŞDÜ – TİBB SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏDƏ

 

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub. Qeyd edək ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

 

Şərhinizi əlavə edin