Məqalə

08.06.2021

“NAZİR OLACAM” DEYƏN BAŞ HƏKİMİN MƏHKƏMƏSİ BAŞLAYIR

“NAZİR OLACAM” DEYƏN BAŞ HƏKİMİN MƏHKƏMƏSİ BAŞLAYIR

 

 

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkiminin məhkəməsi başlayır. Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

 

Məlumatda bildirlir ki, Dispanserin baş həkimi Rəşad İsmayılov iş üçün ona müraciət etmiş şəxsi özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunacağına inandırıb. Və təyinatdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İş üzrə toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin müxtəlif  maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsi baxacaq.

Şərhinizi əlavə edin