Məqalə

08.06.2021

ONLAYN ÜNSİYYƏT YAŞLILARDA YADDAŞ ZƏİFLƏMƏSİNİ GECİKDİRİR

 

ONLAYN ÜNSİYYƏT YAŞLILARDA YADDAŞ ZƏİFLƏMƏSİNİ GECİKDİRİR

 

Onlayn ünsiyyətdən daha çox istifadə edən yaşlılarda yaddaş zəifləməsi olmur. Bunu Qərbi London Universitetinin nəzdindəki Geller Yaşlanma və Yaddaş İnstitutu və Mançester Universitetinin birgə apardığı araşdırma göstərib.

Araşdırmaya görə canlı ünsiyyətdənsə yeni texnologiyalar vasitəsilə tez-tez ünsiyyət quran yaşlılar ən vacib hadisələri daha yaxşı yadda saxlaya bilirlər.

“Eşitmə qabiliyyəti olan və olmayan yaşlıların sosial əlaqələri və 15 illik epizodik yaddaş trayektoriyaları” adlı araşdırma zamanı 50-90 yaş arasında 11 min 418 nəfər kişi və qadının eşitməsi, sosial ünsiyyət tərzi və ünsiyyət texnologiyalarından istifadə tezlikləri haqda məlumatlar tədqiqatçılar tərəfindən əldə edilib.

Daha sonra xüsusi tədqiqat modellərinin köməyi ilə sosial şəbəkələrdə ünsiyyət quran iştirakçıların epizodik yaddaşları ilə bağlı təhlillər, müqayisələr aparılıb. Nəticələr onu göstərib ki, sosial şəbəkələrdə tez-tez oflayn, kombinasiyalı oflayn və onlayn olub sosial ünsiyyət quran, çoxlu sağlamlıq problemi olan yaşlı insanlarda epizodik yaddaş getdikcə yaxşılaşır.

Eyni zamanda araşdırmada belə qənaətə gəlinib ki, onlayn ünsiyyət vasitələri sosial əlaqələrdə ənənəvi hal alarsa yaşlılar üçün faydalı ola bilər.

 

Şərhinizi əlavə edin