Məqalə

23.06.2021

ÖVLAD VAKSİNƏ GÖRƏ VALİDEYNLƏRİNİ MƏHKƏMƏYƏ VERİR

 

ÖVLAD  VAKSİNƏ GÖRƏ VALİDEYNLƏRİNİ MƏHKƏMƏYƏ VERİR

 

Florensiyadan olan yeniyetmə valideynləri koronavirus əleyhinə peyvənd vurdurmağa qoymadığı üçün vəkillərə müraciət edib.

Bu barədə “RİA Novosti” Toskana Ailə Hüquqşünasları Birliyinə istinadla xəbər verib. Məktəbli valideynlərinin peyvəndləri iyrənc adlandıraraq təhlükəli hesab etdiyini və ona  vaksinasiya üçün yazılı icazə vermədiyini bildirib. Ancaq məktəbli həm də birbaşa vəkil seçə bilməz. Bu səbəbdən sosial xidmətlər və məktəb Təhsil Nazirliyi vasitəsi ilə vəkillərə müraciət edib. Vəkil müraciətin hələ ki, məhkəməyə çatmadığını və valideynlərin fikirlərini dəyişmələri üçün onlarla danışmağa çalışacağını deyib.

 

Şərhinizi əlavə edin