Məqalə

07.06.2021

Pilates haqqında bilmədikləriniz!

 

Pilates haqqında bilmədikləriniz!

 

Son zamanların ən məşhur idman növü olan pilatesdən danışaq. Bu idman növünün məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirməklə bədənin üst qismində möhkəm bir skelet yaratmaqdır.

Bir çox idman hərəkətləri zəif əzələləri daha da zəiflədir, güclü əzələləri isə daha çox bərkidir. Burada balans pozulmuş olur. Nəticədə xroniki bel ağrılarından tutmuş şikəstliyə kimi ciddi fəsadlara səbəb ola bilər. Eyni zamanda bədən tarazlığının pozulması gündəlik yorğunluq və stessə də səbəb ola bilər.

Pilates isə balanslaşmış əzələ kütləsinə sahib olmaq və sadalanan narahatlıqları dəf etmək istəyənlər üçün ideal vasitədir. O əsasən qarın və kürək əzələlərinə daha çox işləyir və onurğanın sağlam olmasını təmin edir. Pilates onurğaların arasını açır və zamanla bədəndəki artıq yığıntıları əridir. Bu proses hətta boyu da 2 sm artırır. 

 

      Pilatesin faydaları:

 

  • Bədəndə balans və elastiklik yaradır.
  • Onurğa sütununun düzəlməsini təmin edir skelet sistemi problemlərinin qarşısını alır.
  • Boyun yırtığında, oynaqlarda, qollarda və ayaqlardakı ağrıları aradan qaldırır.
  • Bədəndə ciddi şəkildə incəlməyə gətirib çıxarır.
  • Bədən quruluşunu dəyişmə imkanı yaradır.
  • Bel və kürək ağrılarının qarşısını alır.
  • Oynaq içi mayeləri tarazlayır.
  • Skleroz problemini düzəldə bilir.
  • Gündəlik fəaliyyətinizi aktivliyi artırar.
  • Yorğunluğu və stressi aradan qaldırır.

 

Pilatesin ən vacib 6 qaydası :

 

1. Konsentrasiya: Pilates məşğul olarkən diqqəti mütləq hərəkətlərə cəmləşdirmək lazımdır və hər hərəkəti hiss etmək lazımdır.

2. Nəzarət: Pilates etməzdən əvvəl mütləq bədənin yaxşı istirahət etməsi və hər bir hərəkəti göstərildiyi kimi detallı tətbiq etmək vacibdir.

3. Mərkəzləşdirmək: Pilatesdə əsəs mərkəz göbək, bel və omba ətrafı nahiyələrdir.

4. Son hərəkət: Pilatesdə əsas məqamlardan biri hərəkətlərin tələsik edilməməsidir, hər detaldan tək-tək keçərək edilməlidir.

5. Qətilik: Bütün hərəkətlər, tam edilməlidir. Ardıcıllıq doğru şəkildə qurulmalıdır

6.  Nəfəs: Dərin nəfəs alıb bütün nəfəsi tamamilə çölə üfürmək lazımdır. Bu halda nəfəs tamamilə boşaldılır və qan təmizlənmiş olur. 

 

Şərhinizi əlavə edin