Məqalə

15.09.2020 19:11

Refrakter qlaukoma zamanı Ahmed qapaqlı drenajının implantasiyasında bizim təcrübəmiz

Refrakter qlaukoma zamanı Ahmed qapaqlı drenajının implantasiyasında bizim təcrübəmiz

527

Oftalmocərrahiyədə çox mühüm problemlərdən biri ikincili qlaukomaların müalicəsidir. Belə ki, bir çox halda əməliyyatdan sonra qısa müddət ərzində cərrahi yolla yaradılan axın yollarının çapıqlaşması ilə göz daxili təzyiqin qalxması müşahidə olunur.

Boruşəkilli drenajların istifadəsi GDT-in normallaşmasına daha böyük şans yaradır. Bu drenajların üstünlüyü olduğu kimi ağırlaşmaları da müşahidə olunur. Belə ki, əməliyyatdan sonrakı dövrdə hipotoniya baş verə bilər, bu da silioxoridal qopma ilə nəticələnə və hətta göz almasının subatrofiyasına gətirib çıxara bilər.

Qapaqlı drenajların istifadəsi gözdə təzyqin müəyyən səviyyədən aşağı düşməsinə imkan vermir və hipotoniyanın yaranma riskini aşağı salır. Mövcud olan qapaqlı drenajlardan bizim ölkədə Ahmed qapaqlı drenajının istifadəsi daha populyardır.

İşin məqsədi. Refrater qlaukomalı gözlərdə Ahmed qapaqlı drenajın implantasiyasının effektivliyinin öyrənilməsidir.

Material və Metodlar. 2005-ci ildən 2007-ci ilə kimi Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzində refrakter qlaukoma diaqnozu ilə 7 xəstədə (7 gözə) Ahmed qapaqlı drenajın implantasiyası olunub.

Bütün xəstələrdə 3 hipotenziv preparat fonunda kompensə olunmayan göz daxili təzyiq müşahidə olunmuş 3 xəstədə isə filtrasiya edən antiqlaukomatoz əməliyyat aparılmışdır. Xəstələrin 2-si kişi, 5-i qadın olmuş, yaş həddi 15-55 arası olmuşdur.

Xəstələrdə standart oftalmoloji müayinələr aparılmışdır: vizometriya, refraktometriya, tonometriya, ( Qoldman və Maklakov üsuları ilə) biomikroskopiya, primetiya, qonioskopiya, oftalmoskopiya və ultrasəs müayinəsi. Müşahidə müddəti 5 aydan 2 ilə kimi olmuşdur.

Bütün əməliyyatlar bir cərrah (prof. Carulla-zadə. Ç.C) tərəfindən aparılmışdır.

Cərrahiyə texnikası. Əməliyyat yerli anesteziya üsulu ilə aparılmışdır. Əməliyyat klassik- yuxarı bayır seqmetində limbdən 5 mm aralı konyuktival kəsikdən yaranan cibə Ahmed qapağını yerləşdirmklə və drenaj borusunu ön kameraya 2-3 mm uzunluqda daxil etməklə aparıldı. Drenaj borusunu skleraya fiksasiya etmək üçün skleral loskutdan istifadə olunub.

Nəticə və Müzakirə. Əməliyyatan əvvəl göz daxili təzyiq orta hesabla 29,0 mm.c.s (Qoldman tonometrinə görə) təşkil etmişdir. Bütün xəstələrdə intensiv ağrı sindromu müşahidə olunmuşdur. Kliniki müaayinələrə əsasən 3 xəstəyə qlaukomanın terminal mərhələsi, 4 xəstəyə isə qlaukomanın ifrat inkişaf mərhələsi diaqnozu qoyulmuşdur. Əməliyyatdan sonra bütün gözlər sakit olmuş və göz daxil təzyiq orta hesabla 27,58% aşağı düşmüşdür. Göz daxili təzyiq orta hesabla 21mm. c.s. (Qoldman tonometrinə görə) olmuşdur. 7 xəstədən ikisində əməliyyatdan sonrakı ilkin mərhələdə hipertenziya və ön kameranın dərinliyi bərpa olunmuşdur. Bir xəstədə buynuz qişanın eroziyası olmuş, kratoprotektorların təyini vasitəsi ilə aradan götürülmüşdür. 4 xəstədə görmə sahəsi orta hesabla 5⸰ genişlənmişdir. Görmə itiliyi olduğu kimi saxlanılmışdır. Ağrı sindromu aradan götürülmüşdür. Əməliyyatan 1 ay sonra bir nəfərdə hipotenziv dərman preparatları fonunda göz daxili təzyiqin yenidən 27 mm.c.s-na qalxmış amma ağır sindromu müşahidə olunmamışdır.Heç bir halda silioxororiodal qopmaya rast gəlinməmişdir.

Beləliklə, bizim müşahidələrimizin nəticəsində müəyyən olundu ki, Ahmed qapaqlı drenaj ikincili refrakter qlaukomalar zamanı yüksək effektə malikdir və bədxassəli qlaukomaların cərrahiyəsində istifadəsi məqəsədə uyğun hesab olunur.


 Yusifova N.Z, Novruzova A.V

Şərhinizi əlavə edin