Məqalə

28.10.2021

Rusiyada koronavirusa və qripə qarşı peyvənd birgə istifadə ediləcək

Rusiyada Səhiyyə Nazirliyi koronavirusa qarşı dərmanla bağlı təlimatlara müvafiq dəyişikliklər edib.

 

“Med News” Mk.ru-ya istinadən xəbər verir ki, artıq ölkədə koronavirusa və qripə qarşı peyvənd birgə istifadə edilə biləcək.

Belə ki, “Sputnik Light” peyvəndi və hər hansı qrip peyvəndinin eyni vaxtda istifadəsinə icazə verilib.

Sənəddə qeyd olunur ki, mütəxəssislər bu dərmanlar arasında dərmanların qarşılıqlı təsirinə dair xüsusi tədqiqatlar aparmayıblar. Təlimat bir şprisdə “Sputnik Light”ın digər peyvəndlərlə qarışdırılmasını qadağan edir.

Bundan əlavə, qrip və COVID-19 üçün dərmanların bədənin müxtəlif hissələrinə yeridilməsi mütləqdir.

 

Şərhinizi əlavə edin