
Məqalə
13.05.2022 00:00
32
"Sidik kanallarında tıxanma genetik keçə bilər" -
b

40 yaşından sonra böyrəklər funksiyasını 100 % yerinə yetirməyə bilər.
Bu barədə nefroloq Barat Yusubov məlumat verib.
Həkim bildirib ki, böyrəklərdə daş, polikistik böyrək xəstəliyi, sidik kanallarında tıxanma kimi xəstəliklər genetik olaraq (ailədə olarsa) keçə bilər: "Ailənizin hər hansı üzvündə böyrək xəstəliyi varsa 40 yaşına qədər ildə 1 dəfə, 40 yaşından sonra isə ildə 2 dəfə böyrəklərinizi müayinə etdirin".
B.Yusubov bildirib ki, hətta genetik keçməsə belə, 40 yaşından sonra, hər bir insanın böyrək süzmə funksiyası 2% ə yaxın azalır. Məsələn, 70 yaşında bir insanın böyrəkləri, heç bir xəstəliyi olmasa belə, böyrək funksiyalarını 100% yerinə yetirməyə bilər.
Bu səbəbdən profilaktik müayinələr mütləqdir.
Paylaşın: