
Məqalə
17.03.2023 16:03
42
Sümük əriməsini meydana gətirən əsas səbəblər
.

“Sümük əriməsi problemini yaradan əsas səbəblərdən biri yaşlanma və qadınlarda menopoz dövrüdür. Əsasən də qadınlarda erkən klimaks olubsa. Bu riskin artma ehtimalı böyükdür.
Yəni 45 yaşdan öncə mensturasiyanın kəsilməsi bu problemi qabardan səbəblərdəndir”.
Bunu Medicalmedia-ya açıqlamasında endokrinoloq Lamiyə Nəbibəyli deyib.
Həkim bildirib ki, kişilərdə bu rpoblemin meydana gəlməsinin əsas səbəbləri sırasında siqaret çəkmək və spirtli içki qəbulu birincidir. Dərman preparatlarının uzun illər mütəmadi olaraq qəbul edilməsi də səbəblər arasındadır. Yanaşı xəstəliyi olan şəxslərdə də sümük əriməsi irəli yaşlarda daha çox müşahidə edilir.
Sevinc Hüseynova
Paylaşın: