Məqalə

21.09.2022 15:56

Tibbi Xidmətlər Zərfi üçün yeni meyarlar müəyyənləşdiriləcək

G

26

Tibbi sığorta sahəsində normativ bazaya düzəlişlər ediləcək və Avropa təcrübəsinə uyğunlaşdırılacaq.

 

Bunu Litva Respublikasının Milli Səhiyyə Fondunun nümayəndəsi Lina Noreykene bildirib.

Onun sözlərinə görə, 2 il davam edəcək layihə çərçivəsində normativ bazaya düzəlişlər ediləcək.

"Müqavilə bağlamaq üçün tibb işçilərinin seçilməsi, yəni İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara tibbi xidmətlərin göstərilməsi üçün tibb təchizatçıları ilə müqavilələrin bağlanması üçün yeni meyar və tələblər müəyyən olunacaq. Eyni zamanda səhiyyə üçün ödəniş üsullarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Yeni müavinətlər paketinin hazırlanması üçün meyarlar və şərtlərə də yenidən baxılacaq. Müavinətlər paketi dedikdə Xidmətlər Zərfi nəzərdə tutulur” - deyə o bildirib.

Şərhinizi əlavə edin