
Məqalə
Uşaqlarda qidalanma necə olmalıdır?
.

Uşaqlarda iştahsızlıq hər yaş dövründə rast gəlinən və üzərində ciddi dayanılmazsa, qalıcı təsirləri olan bir problemdir. Valideynləri çox narahat edən bu problemin mütləq arxasında başqa bir səbəbi olur. İştahsızlığı aradan qaldırmaq üçün o, səbəbi düzgün təyin etmək vacibdir.
Bunu Medical Media-ya açıqlamasında pediatr Aytən ziyadova deyib.
Mütəxəssis bildirib ki, valideynlərin uşağı hər saat yedizdirmək cəhdi çox yanlışdır. Uşaqlar da böyüklər kimi gün ərzində üç əsas öyün və 2 aara öyün qidalanmalıdırlar. 6 aya qədər körpələrdə qidalanma başqadır. Amma 6 aydan sonra körpələrin qidalanması təxmini böyüklərlə eyniləşir. Doğru qida menyusunu sxem, cədvəl üzrə formalaşdırmaq daha doğru olar. Qidalanma vaxtından əlavə uşağın nə ilə qidalanması da önəmli faktordur.
Sevinc Hüseynova
Paylaşın: