Məqalə

17.03.2023 18:10

Valideynlər uşaqlara həddən artıq nəzarət etməməlidirlər

.

44

“Valideynlərin həddən artıq nəzarəti də uşaqlarda psixoloji gərginlik yaradır. Hətta intiharetmə dərəcələrinə qədər gətirib çıxara bilər. Burada bir çox nüansın önəmi var. İndiki uşaqlar internetə çıxışı olan fərdlərdir. Onlar daha azad ruhludurlar. Psixoloji basqı indi uşaqlara daha pis təsir göstərir. Nəzarət lazımdır, amma mütləq hər uşağın xarakterinə uyğun dərəcədə nəzarət edilməlidir”.

Bu sözləri psixoloq İradə Hüseynova Medical Media-a açıqlamasında deyib.

Mütəxəssisin sözlərinə görə, yeniyetməlik dövründə xüsusi ilə valideynlər daha həssas yanaşmalıdırlar. Çünki bu zaman onların fikirləri daha dağınıq, psixoloji durumları daha gərgin olur. İntihar həddinə çatdırma dərəcəsində valideyn nəzarəti doğru deyil.

 

Sevinc Hüseynova

Şərhinizi əlavə edin