
Məqalə
17.03.2023 16:02
39
Üzdə sızanaqlar niyə artır?
.

“Üzdə olan səpkilərin müxtəlif səbəbləri ola bilər. Ümumiyyətlə, bu multifaktorial problemdir. Burada genetik, irsi faktorlardan hormpnal səbəblərə qədər nüanslar əsas rol oynayır”.
Bunu Medical Media-ya açıqlamasında dermatokosmeoloq Sevda Səmədova deyib.
Həkim bildirib ki, xüsusən mədə-bağırsaq və sinir sistemində problem olduqda və yeniyetməlik dövründə üzdə sızanaqların artmasını müşahidə edirik. Yeniyetməlik dövründə olan sızanaqlar təbii qarşılanır. Çünki bu dövrdə orqanizmdə hormonal dəyişikliklər baş verir, piy vəzilərinin aktivliyi artır. Bundan başqa, gənc xanımların keyfiyyətsiz və düzgün seçilməmiş kosmetik vasitələrdən istifadə etməsi sızanaqların artmasına səbəb ola bilər.
Sevinc Hüseynova
Paylaşın: