Artiq unutmaq istədiyiniz xatirələri silə biləcəksiniz


Keçmiş travmalar, sevgi və …
Artıq umutmaq istədiyiniz xatirələri silə biləcəksiniz.
İnsanlar pis xatirələri ilə mübarizə apardıqda, bu onların psixologiya və gündəlik həyatı üçün mənfi nəticələrə səbəb olur. Beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib ki, mənfi xatirələri zəiflətmək, müsbət xatirələr üzə çıxır.
Məlumata görə, bir neçə gün davam edən və 37 nəfərin iştirak etdiyi eksperimentin 1ci mərhələsində insan travmaları, təhlükəli heyvanların vizual görüntülərini, həmçinin təbiət səhnələri və ya gülən uşaqlar kimi sakitləşdirici təsvirlərdən ibarət məlumat bazalarından istifadə edilib. İştirakçılar neqativ təsvirləri nəzərdən keçirərək, tədqiqat üçün yaradılmış mənasız sözləri uyğunlaşdırmağı öyrənib. Növbəti gün, bu xatirələr yuxu vasitəsilə gücləndirilib. İkinci gecə iştirakçıların yuxusu pozulub və onların beyin fəaliyyətləri elektroensefaloqrafiya (EEQ) vasitəsilə izlənilib. Sonrakı günlərdə aparılan sorğular nəticəsində pis xatirələrin müsbət xatirələrlə kölgələndiyi müəyyən edilib.
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.