“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib

“Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” 1-ci Beynəlxalq Forumu keçirilib

AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı, “Medical Media” və Səhiyyə TV-nin media dəstəyi ilə “Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” – 1-ci Beynəlxalq Forumu keçirilib. 

Medicalmedia.az
 xəbər verir ki, 150-dən çox yerli və xarici elm adamının iştirak etdiyi panel sessiyalarla keçiriləcək forumda tibbin müxtəlif istiqamətlərinə aid məruzələr dinləniləcək. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 26 DTT kredit balı ilə qiymətləndirilib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə təşkil olunmuş “Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri” – 1-ci Beynəlxalq Forumu Mayın 19-na qədər davam edəcək.