Batareya udan uşaqlara su verməyin!

HƏKİMDƏN XƏBƏRDARLIQ
Əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal həkimə müraciət etmək lazımdır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev açıqlayıb.
Onun sözlərinə görə, uşaq özünü yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur.
“Həkimə qədər uşağı uzandırıb, yemək və maye vermək olmaz. Ən xırda batareyalar da çox təhlükəlidir. Mədənin turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da uşağı dərhal həkimə çatdırmaq lazımdır. Udulan maqnitlər də çox ağır mədə-bağırsaq divarların yırtılması, daxili qanaxmalar kimi fəsadlara səbəb olur, deyə həkim bildirib.