Bayramda sağlam qalmağın üsulları
Yemək, içki, naringi
Yeməkdən dərhal sonra yatmayın, piyada gəzin
Bayram süfrəsində ziyafət bitdikdən sonra ailənizlə birlikdə yarım saatlıq açıq havada piyada gəzməyi vərdiş halına gətirsəniz, bədəniniz alışmadığı miqdarda qidanı və içkini daha rahat həzm edə bilər. Gecə vaxtı gəzindi yuxunuzun da daha sağlam olmağına kömək edər.
Alkoqolu çox içmək sərxoşluğu artırmır
Alkoqol qan dövranına daxil olduqda mərkəzi sinir sisteminə təsir edir. Az miqdarda alkoqol bədəndə rahatlıq və yüngül xoşbəxtlik hissi yaratsa da, içki miqdarı artdıqca təsirləri də güclənir. Bu təsirlər arasında koordinasiya problemləri, nitqin pozulması, yadddaş zəifliyi və sağlam qərar qəbuletmə qabiliyyətinin azalması yer alır. Yəni, daha çox alkoqol qəbul etdikcə sərxoşluq səviyyəsi artmır, sadəcə bədən funksiyaları nəzarətdən çıxır.
Naringini qədərində yeyin
Naringi C vitamini və antioksidantlarla zəngin, dadlı və faydalı meyvədir. Gündəlik qida rasionunda mandarin kimi meyvələrin olması ümumi sağlamlıq üçün vacibdir. Lakin hər şeydə olduğu kimi, mandarinlərin də həddindən artıq istehlakı sağlamlıq üçün bəzi problemlər yarada bilər. Məsələn,
Allergik reaksiyalar: Naringilərin tərkibində olan turşular bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalara dəri qaşınması, qızartı və ya hətta nəfəs darlığı daxildir.
Həzm problemləri: Naringidəki yüksək miqdarda təbii şəkər və lif həddindən artıq qəbul edildikdə ishal, qarın ağrısı və ya qaz problemlərinə səbəb ola bilər.
Turşuluğun artması: Bu meyvənin turşulu tərkibi mədə-bağırsaq problemləri olan insanlarda, xüsusilə qastrit və ya reflüks xəstəliyi olanlarda, simptomları daha da ağırlaşdıra bilər.
Şəkər miqdarının yüksəkliyi: Naringilər təbii şəkərlərlə zəngindir. Diabet xəstələri və ya qan şəkəri ilə bağlı problemləri olan insanlar mandarinləri həddən artıq yeməməlidirlər, çünki bu qan şəkərinin səviyyəsini artıra bilər.
A vitamini artıq dozajı: Mandarinlərdə A vitamininin prekursoru olan beta-karotin mövcuddur. Çox miqdarda qəbul edildikdə bu, dərinin saralmasına (karotenemiya) səbəb ola bilər. Mütəxəssislər gündəlik 2-3 mandarin yemək kifayətdir
Bayramlar yaddaşınızda xoş xatirələrlə qalsın deyə, əyləncə üçün sağlamlığınızı gözardı etməyin. Yeni iliniz mübarək.