Səhiyyə departamentinin qızılca epidemiyası ilə bağlı məlumati

90-DAN ÇOX UŞAĞA YAYILIB
Qızılca epidemiyası 90-dan çox insana yayılıb.
Texas Ştatı Səhiyyə Departamentinin məlumatına görə, Texasın şimal-qərbində sürətlə yayılan epidemiya ilə bağlı 90 yoluxma halı təsdiqlənib. Yanvar ayının sonlarında başlayan epidemiyanın bu həftə kəskin şəkildə artdığı bildirilib. 21 fevral tarixindən etibarən 32 yeni yoluxma qeydə alınıb. 16 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə departamenti bildirib ki, virus ilk növbədə peyvənd olunmayan insanlar arasında yayılır. Peyvənd edilmiş insanlar arasında isə yalnız 5 yoluxma qeydə alınıb. Yoluxmaların əksəriyyəti uşaq və yeniyetmələrdə baş verir: qızılcaya yoluxma hallarının 26-sı 4 yaşa qədər, 51-i 5-17 yaşlı uşaqlar arasında qeydə alınıb.