Beyin hansı yaşda qocalmağa başlayır?

ALİMLƏR AÇIQLADI
Psixi proseslər nöqteyi-nəzərindən qocalmanın başladığı sərhəd 25-35 yaş arasıdır. Bundan sonra beynin funksional imkanları tədricən azalmağa başlayır. Bu fikri psixologiya elmləri namizədi, Avropa Tibb Mərkəzinin neyropsixoloqu və Moskva Dövlət Pedaqoji Universitetinin Neyrokoqnitiv Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Nikolay Voronin bildirib.
“Yaşla birlikdə beynin həcmində, xüsusən planlaşdırma, qərar vermə və yaddaş kimi daha yüksək zehni funksiyalardan məsul olan frontal və temporal loblarda tədricən azalma müşahidə olunur. İnsanda neyronların sayı müəyyən yaşa qədər nisbətən sabit qalsa da, yaşlandıqca beyin onları tədricən itirir”, – mütəxəssis qeyd edib.
“Sinir hüceyrələrini birləşdirən və onlar arasında siqnal ötürən ağ maddə də dəyişikliklərə məruz qalır. Yaşla miyelin deqradasiyaya uğrayır və sinaptik əlaqələrin sayı (aksonlarla digər neyronlar arasında təmas nöqtələri) azalır, bu da neyronlar arasında siqnal ötürülməsinin sürətini və dəqiqliyini azaldır”, – Voronin bildirib.
Kitab oxumaq, krassvordlar həll etmək yaddaş, diqqət və analitik bacarıqları inkişaf etdirməyə kömək edir.