Beyin sapı üçün eşitmə implantı yaradılıb

EŞİTMƏ QABİLİYYƏTİNİ BƏRPA EDİR Beyin sapı üçün yumşaq eşitmə neyroimplantı yaradılıb.Lozanna Federal Politexnik Məktəbinin alimləri eşitmə qabiliyyətinin bərpası üçün yumşaq neyroimplant yaradıb. Cihaz artıq meymunlarda sınaqdan keçirilib. Bu barədə məktəbin Yumşaq Bioelektron İnterfeyslər Laboratoriyasının mətbuat xidməti məlumat verib.Yeni implant mikroskopik platin elektrodlarından ibarətdir və 1 millimetr qalınlığında olan silikona bükülüb. O, beyin sapına yerləşdirilir və koxlear implantın kömək etmədiyi pasiyentlərdə eşitmə funksiyasını qismən əvəz edir. Müəlliflərin sözlərinə görə, ənənəvi beyin sapı eşitmə implantları sərt materiallardan hazırlanır. Bu səbəbdən həkimlər çox zaman elektrodların əksəriyyətini söndürməli olur ki, üz əzələlərinin qıcolması və ya başgicəllənmə kimi yan təsirlərin qarşısı alınsın. Nəticədə pasiyentlər yalnız bulanıq səsləri eşidir və nitqi çətinliklə ayırd edə bilir.