Birinci gənc kardioloqlar forumu


FORUMA 600-DƏN ÇOX YERLİ MÜTƏXƏSSİS QATILIB
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak ediblər.


Foruma Azərbaycanın elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
Birinci Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimində giriş sözü ETKİ-NİN DİREKTORU, FORUMUN SƏDRİ, PROF. GÜLNAZ DADAŞOVA deyib.
SİNXRON


Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası İnsan Huquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz çıxışlarında da Forumun əhəmiyyətini vurğulayıblar.
3 gün davam edən Foruma 600-dən artıq yerli mütəxəssis qatılıb.