BU İDMAN NÖVÜ ÖMRÜ UZADIR
ALİMLƏR SÜBUT EDİB
Ağır “qantel”lərlə məşq ömrü uzadır. Alimlər bu cür məşqlərin bioloji yaşı azaltdığını sübut edib.
4900-ə yaxın kişi və qadının təlim sistemini və onların bioloji göstəricilərini təhlil etdikdə məlum olub ki, mənhz “qantel” məşqləri ilə məşğul olanların telomerləri daha uzundur. Telomerlər orqanizmdəki bütün hüceyrələrdə xromosomların hər iki terminal hissəsində olan, onları qoruyan fraqmentlərdir. Bu hissəciklərin məşqlərlə uzanması qocalma prosesinin yavaşlaması ilə əlaqələndirilir.
Tədqiqatçılar qeyd edirlər ki, hər 10 dəqiqəlik qantel məşqi telomerin uzanma prosesini başladır. Həftədə 90 dəqiqə idman edən insanların bioloji yaşları müntəzəm məşq etməyənlərdən təxminən 4 yaş cavan olur. Amma həftədə 3 saat qantellələ məşq edənlərdə bu rəqəm 8 ilə çatıb. Tədqiqat müəllifləri vurğulayırlar ki, “gənclik” effekti iştirakçıların cinsindən, yaşından və çəkisindən asılı olmayaraq nəzərə çarpır.
Qantel məşqlərinin bel ağrısını azaltdığı, piylənmənin qarşısını aldığı və qan şəkərinin səviyyəsini normada saxladığı da vurğulanır.