Canli yayım açan daha bir cərrahla bağlı araşdırma başladı

“Qanunazidd heç nə etməməişəm”
Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib. Steril olmayan yad cisimlərin təhlükəli olduğunu bildiyi halda, yerli cərrahlardan daha biri əməliyyat otağından canlı yayım açıb.
Videoda bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkim isə bu əsnada xəstəyə cərrahi müdaxilə edir. İzləyicilərin tənqidi ilə üzləşən həkim Təbəssüm Qurbanova bildirib ki, qanunazidd heç bir addım atmayıb, Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, isə qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib. Araşdırmanın nəticəsi barədə mətbuata məlumat veriləcək, deyə qurumdan bildirilib.