Cinsi cinayətkarlar xədim ediləcək


ƏDLİYYƏ NAZİRİ AÇIQLAMA VERİB
Cinsi cinayətkarların təkrar cinayət törətmə riskini azaltmaq və həbsxana sistemindəki yükü yüngülləşdirmək məqsədilə cinayətkarlar xədim ediləcək. Qərar Böyük Britaniya hökuməti tərəfindən veriləcək.
Bu barədə ölkənin ədliyyə naziri Şabana Mahmud parlamentə açıqlama verib. Nazirin sözlərinə görə, bu üsul ilkin mərhələdə 2 bölgədəki 20 həbsxanada həyata keçiriləcək və gələcəkdə məcburi hala gətirilməsi də nəzərdən keçirilir. Xədim cinsi istəyin dərman vasitəsilə azaldılması ilə həyata keçirilir və psixoloji müdaxilələrlə birgə tətbiq olunacaq.
Almaniya və Danimarkada bu prosedur könüllü, Polşada isə bəzi hallar üçün məcburi şəkildə tətbiq olunur.
Xatırladaq ki, son 30 ildə İngiltərə və Uelsdə cinsi cinayət məhkumlarının sayı ikiqat artaraq 90 minə çatıb.