“D vitamini çatışmazlığı orqanizm üçün ciddi fəsadlar yarada bilər”- ENDOKRİNOLOQDAN AÇIQLAMA
“Günəş olmadığı aylarda insanın d vitamini çatışmazlığı yaranır. İnsan orqanizmində d vitamini çatışmazlığı halsızlıq,yorğunluq, immunitet aşağı səviyyədə olması halı müşahidə edilir”.
Bu sözləri həkim-endokrinoloq Lamiyə Nəbibəyli Medical Media-ya açıqlamasında deyib.
“Əslində biz d vitamininə vitamin yox, hormon deyirik. Çünki, kifayət qədər bir çox yerdə təsiri olan vitamindir. Yağda həll olan vitamindir. Yaxşı olar ki, yağlı qida qəbul etdikdə yanında d vitamini qəbul etsinlər”.
Endokrinoloqun sözlərinə görə d vitamini əsasən orqanizmə günəş işığı ilə daxil olur.
“Yarım saat belə havada üz dərimizə günəş işığı düşərsə, müəyyən qədərdə olsa d vitamini almış oluruq. Amma günəşdən qoruyucu kremlər d vitaminin təsirini azaldır”.
Zeynəb Müzəffərli