D vitamini çatışmazlığı orqanizm üçün ciddi fəsadlar yarada bilər- ENDOKRİNOLOQ

“Günəş olmadığı aylarda insanın d vitamini çatışmazlığı yaranır. İnsan orqanizmində d vitamini çatışmazlığı halsızlıq,yorğunluq, immunitet aşağı səviyyədə olması halı müşahidə edilir”.

 Bu sözləri həkim-endokrinoloq Lamiyə Nəbibəyli Medicalmedia.az-a açıqlamasında deyib. 

“Əslində biz d vitamininə vitamin yox, hormon deyirik. Çünki, kifayət qədər bir çox yerdə təsiri olan  vitamindir. Yağda həll olan vitamindir. Yaxşı olar ki, yağlı qida qəbul etdikdə yanında d vitamini qəbul etsinlər”. 

Endokrinoloqun sözlərinə görə, d vitamini əsasən orqanizmə günəş işığı ilə daxil olur. 

“Yarım saat belə havada üz dərimizə günəş işığı düşərsə, müəyyən qədərdə olsa d vitamini almış oluruq. Amma günəşdən qoruyucu kremlər d vitaminin təsirini azaldır”.

Zeynəb Müzəffərli