Dar şalvarların qadınlara zərərləri- MÜTƏXƏSSİS

“Dar şalvarlar qadınlarda daha çox estetik deformasiyalara səbəb olur”.

Mama-ginekoloq İranə Qorçiyeva Medicalmedia.az-a açıqlamasında bu sözləri deyib. 

“Müasir dövrdə biz rastlaşırıq ki, qadınlar daha çox gen şalvarlara üstünlük verirlər. Dar şalvarlar o qədərdə zərərli təsirə malik deyil. Estetik cəhətdən bəzi uyğunsuzluqlar yarada bilər. Belə ki, dar şalvara bağlı iç çamaşırının cinsiyyət üzvünə sürtünməsi həmin nahiyədə dəri rənginin tündləşməsinə gətirib çıxardır. Və ya sürtünən nahiyədə deformasiyalara səbəb ola bilər. Çox qadınlar bizdən soruşur ki, niyə mənim bikini bölgəmdə dəri rəngi tündləşməsi var. Siz fikir verin bədənimizdə sürtünməyə meyilli- dirsəklərimiz,diz qapaqlarımızda dərinin tündləşməsi baş verir”. 

Həkim sonda bildirdi ki, bu baxımdan dar şalvarlardan çox gen olan növlərinə üstünlük verilsə yaxşıdır. 

Zeynəb Müzəffərli